Rusiyanın Primorsk diyarında tüğyan edən “Maysak” qasırğası Naxodka şəhərinin sahilinə sirli gəmi çıxarıb.
Qadin.Net bildirir ki, bu barədə RT-nin Telegram kanalında video yayımlanıb.
“Rossiya-1” telekanalı gəminin KXDR-ə aid ola biləcəyini ehtimal edib. Onun nə üçün istifadə oluna biləcəyi isə məlum deyil.
Qeyd edək ki, “Maysak” son yarım əsrdə Vladivostok üçün ən güclü qasırğa sayılıb. Regionda fırtına xəbərdarlığı elan edilib. 40 mindən çox insan işıqsız qalıb, məktəblərdə dərslər təxirə salınıb.