Almaniyadan yollanan nəhəng “sərxoş” eşşək arıları Böyük Britaniyanı “istila” edib.
Qadin.Net bildirir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Məlumata görə, böcəklər son dərəcə aqressivdir və səbəbsiz yerə insanlara hücum edir.
Mütəxəssislərin fikrincə, təhlükəli arıların görünməsi yay mövsümünün çox isti keçməsi və qıcqırmış meyvələrin bolluğu ilə əlaqədardır. Nəticədə “sərxoş olan” böcəklər narahat və aqressiv olur.
Ekspertlər sakinlərə küçələrdə ehtityatlı olmağa çağırıb. Həmçinin insanlara arılarla rastlaşdıqda əllərini yellətməməyi tövsiyə edirlər, çünki bu onların təcavüz obyektinə çevrilmək şansını artırır.