Amerikalı məşhur aktyor və rejissor Silvestr Stallone zorlamada ittiham olunur.
Xəbər Hollivud prodüseri, “Oskar” mükafatı laureatı Harvi Vaynşteyn haqqında davam edən seks qalmaqalı fonunda ictimailəşib.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, adı mətbuata açıqlanmayan qadın 1986-cı ildə S.Stallonenin Santa Monika şəhərində yerləşən ofisində cinsi təcavüzə məruz qaldığını söyləyib.
Qadın bildirib ki, məşhur aktyor onu hədələyərək baş verənlər barədə məlumat verəcəyi təqdirdə ölümlə üzləşəciyini söyləyib.
O əlavə edib ki, aktyor tərəfindən zorlanarkən 16 yaşı olub.
S. Stallone isə belə bir hadisənin baş verdiyini inkar edərək ona qarşı irəli sürülən ittihamları uydurma və gülünc olduğunu qeyd edib.
“İsraildə çəkilişdə olarkən qısa müddət ərzində eşq yaşamışıq, ancaq bu qadına qarşı zorakı hərəkətləri özümə rəva görməmişəm”, - deyə S. Stallone vurğulayıb.
Aktyor qadının ona böhtan atdığını iddia edərək məhkəməyə müraciət edib.