Aparıcı Ebru Şallı oğlu Parsın ölümündən sonra onu sosial şəbəkədə tənqid edənləri bağışlamayacağını bildirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ona təhqir yazan hər istifadəçini şikayət edən Şallı "Bunların arxasında Uğur Akkuşun keçmiş arvadı Gonca Sağlam dayanıb" sözlərini söyləyib. Aparıcı ərinin ayrıldığı arvadının ondan intiqam almaq istədiyini vurğulayıb.
Sosial şəbəkədə tez-tez paylaşımlar edən Şallı onu qınayanlara "Digər iki övladım üçün yaşamağa çalışıram" söyləyib.
Qeyd edək ki, Ebru Şallının Harun Tanla evliliyindən dünyaya gələn və iki il xərçənglə mübarizə aparan Pars apreldə vəfat edib.