Qadin.NET / “Koronavirusa bu yolla qalib gələ bilərik” - Rəşad Mahmudov

“Koronavirusa bu yolla qalib gələ bilərik” - Rəşad Mahmudov

“Artıq 6 aydır ki, ölkəmizdə tətbiq olunan karantin rejimi səbəbi ilə vətəndaşlarımız məhdudiyyətlər və çətinliklər ilə üzə-üzədirlər. Bu aylar ərzində Operativ Qərargah və səhiyyəçilərimiz insanları karantin rejiminə riayət etməyə çağırır, bu məhdudiyyətlərdən tez bir zamanda yaxa qurtarmaq üçün gecə-gündüz çalışır”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, üç əsas amilə birlikdə və qeyri-şərtsiz riayət etməklə koronavirusa qarşı müharibədə qalib gələ bilərik:
“Düşünürəm ki, karantin qaydalarına ilk növbədə tanınmış simalar, məmurlar, ictimai xadimlər və ziyalılar riayət etməklə sadə vətəndaşlara nümunə nümayiş etdirməlidir. Cənab Prezidentin davranışları əslində hamı üçün gözəl nümunə və mayakdır. Bu psixoloji çətin günləri yalnız həmrəy olaraq və tətbiq olunan qaydalara statusundan asılı olmayaraq riayət edərək birlikdə, az itki ilə geridə qoyacağımıza inanıram. Tanrı dövlətimizi və xalqımızı qorusun!”.

Millət vəkili sonda qeyd edib ki, payız aylarında yuxarı tənəffüs yolları infeksiyaları ilə üzləşəcəyimizi nəzərə almaq lazımdır. Odur ki, lazımi tədbirlər görməklə bizi gözləyən dalğanın öhdəsindən gəlməyə çalışmalıyıq.

5 sentyabr 2020
GO BACK