İranda 7 aylıq fasilədən sonra yeni tədris ilinə start verilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, paytaxt Tehrandakı Nücəvanan məktəbində Təhsil naziri Muhsin Həci Mirzəyi və Prezident Həsən Ruhaninin videokonfransla qatıldığı mərasimdə ilk zəng çalınıb.
Ruhani çıxışında bu il çox ağır və çətin şərtlər altında ölkə miqyasında şagirdlərin məsuliyyətlərini öz üzərlərinə götürdüklərini deyib: “Xalqın çörəyi ilə canı arasında seçim qoyulmaz. Eyni şəkildə, təhsillə səhiyyə arasında da bunu etmək doğru deyil. Şagirdlər məktəbə daxil olmazdan əvvəl səhhətləri yoxlanır. Sağlamlıqla bağlı analizlər uşaqlar üçün narahatlığımızdan irəli gəlir”.
Təhsil naziri isə Koronavirusla Mübarizə Qərargahının aldığı qərarlar çərçivəsində hərəkət etdiklərini bildirib.
Qeyd edək ki, İranda yeni tədris ilində dərslər bəzi günlərdə fiziki, bəzi günlərdə isə distant keçiriləcək. Dərs müddəti 35 dəqiqə olacaq. Həmçinin, dövlət televiziyası dərsləri yayımlayacaq.