Ümumdünya Səhiyyə Təşkilatı Covid 19 peyvəndi ilə bağlı yeni məlumat yayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 2021-ci ilin ortalarına qədər koronavirusa qarşı genişmiqyaslı peyvəndlənmənin mümkünsüz olacağı bildirilib.
Təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris bunla bağlı açıqlamasında əlavə edib ki, peyvəndlərin çox hissəsi hazırda klinik sınaqların üçüncü mərhələsindədir. Bu baxımdan ABŞ və Rusiyada vaksinlərdən istifadənin perspektivləri hələ müəyyənləşməyib.
"ÜST-nin mövqeyi ondan ibarətdir ki, hamımız həmrəylik içində birlikdə işləyirik. Məlumatları bölüşürük və müqayisə edirik ki, biz, bütün dünya, hamını qoruyacaq peyvəndi əldə etsin" deyə, Harris qeyd edib.