Qadin.NET / Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı

Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı

İndoneziya SARS-CoV-2-nin yaratdığı fəsadlardan yaranan uşaq ölümlərinə görə dünyada ilk yerdədir.
Qadin.Net bildirir ki, “Jakarta Post” xəbər verir ki, ölkədə 17 yaşdan aşağı 16 min insanda koronavirus aşkar edilib. Onlardan 145-i ölüb.
Bu göstərici COVID-19-dan ölüm hadisəsinin ən çox baş verdiyi ABŞ-dan 45 dəfə çoxdur.
İndi İndoneziyada koronavirus infeksiyasına yeni rekord yoluxma müşahidə edilir.
Ümumilikdə, ölkədə 184 mindən çox şəxsdə koronavirus aşkar olunub, virusa yoluxan səkkiz min xəstə ölüb.

5 sentyabr 2020
GO BACK