Qadin.NET / Robert Pattinson koronavirusa yoluxdu

Robert Pattinson koronavirusa yoluxdu

Britaniyalı aktyor Robert Pattinsonun koronavirus testi müsbət çıxıb. Bununla əlaqədar olaraq Hollivud ulduzunun baş rolunu oynadığı “Betmen” franşizasının yeni hissəsinin çəkilişi yenidən yarımçıq qalıb.
Qadin.Net bildirir ki, bu barədə “The Deadline” xəbər yayıb.
“Warner Bros.” kinostudiyasından bildirilir ki, aktyor mövcud qaydalara uyğun olaraq təcrid olunub və çəkiliş müvəqqəti dayandırılıb.
Studiya başqa təfərrüat açıqlamayıb.
Məşhur filmin çəkilişləri 2020-ci ilin yanvarında Böyük Britaniyada başlayıb, lakin mart ayında koronavirus pandemiyası fonunda dayandırılıb. O zaman filmin rejissoru və prodüseri Mett Rivz, materialın dörddə birinin artıq çəkildiyini bildirmişdi. Çəkilişlər bu yaxınlarda bərpa edilib.
Filmin ABŞ-da premyerası 1 oktyabr 2021-ci il tarixinə planlaşdırılıb.

5 sentyabr 2020
GO BACK