Qadin.NET / Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı

Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı

71 saylı Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi və teleaparıcı Aleksandr Myasnikov sağlamlığa zərər verə biləcək bir neçə vərdişlərdən söz açıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, həkim uşaqlara yeməyi məcburən yedizdirməyin səhv olduğunu deyib.
Həkim vurğulayıb ki, son illər qidanın keyfiyyəti mənfi istiqamətdə dəyişdiyindən bu vərdişin faydası yoxdur.“Bu gün çox yeməyimizə ehtiyac yoxdur, bu gün özümüzü məhdudlaşdırmalıyıq” , - həkim qeyd edib.
Həkim şirniyyatla çay içmək vərdişini tənqid edib. O, qeyd edib ki, ət, heyvan məhsulları və şirniyyat immun sisteminə təsir göstərə bilər. Yekunda həkim immunitet sistemini gücləndirəcək bir dərmanın olmadığını da vurğulayıb.

4 sentyabr 2020
GO BACK