Qadin.NET / Messi klub seçimini etdi

Messi klub seçimini etdi

“Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, argentinalı forvard elə “Barselona”da qalacaq.
Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:
“Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.

4 sentyabr 2020
GO BACK