25 yaşlı Orxan Fərəcov qeyri-adi hobbisi ilə sosial şəbəkələrdə məşhurlaşıb. O, yığdığı çirkli qəpikləri yumaqla məşğuldur.
Orxan Fərəcov bu fəaliyyəti ilə bağlı İctimai Televiziyada (İTV) yayımlanan “Sabahın xeyir Azərbaycan” verilişinə danışıb.
O bildirib ki, hobbisindən zövq alır:
“Maaşımı qısa zamanda xərcləyirdim, pul yığa bilmirdim. Belə qərara gəldim ki, qəpiklə pul yığsam, onu xərcləməyəcəm. Bununla özümə pul xərcləməkdə maneə yaratdım. Sonra yığdığım çirkli qəpikləri yumaq qərarına gəldim”.
Ətraflı süjeti təqdim edirik: