Qadin.NET / Azərbaycanda vərəm xəstələrinin sayı, yoluxmada “lider” olan yaş qrupu - STATİSTİKA

Azərbaycanda vərəm xəstələrinin sayı, yoluxmada “lider” olan yaş qrupu - STATİSTİKA

Azərbaycanda 2019-cu il üzrə əhalinin vərəmlə xəstələnməsi dinamikası müəyyən edilib.
Rəsmi statistik cədvəllərinə əsasən, ötən il 3613 nəfərə vərəm diaqnozu qoyulub.
Azərbaycanda bu xəstəlik üzrə ağciyər vərəmi üstünlük təşkil edir. 2019-cu ildə 2783 nəfər ağciyər vərəminə tutulub.
Vərəmli plevrit üzrə isə 447 xəstə müəyyən olunub, 142 şəxs sümük və oynaqların vərəmi xəstəliyinə tutulub.
47 nəfərə döş qəfəsidaxili limfa düyünlərinin, 25 nəfər isə sidik-cinsiyyət yollarının vərəmi diaqnozu qoyulub.
Azərbaycanda vərəmə yoluxanlar arasında kişilər çoxluq təşkil edir. 2019-cu ildə 2415 kişi və 1198 qadın vərəmə yoluxub.
Azərbaycanda daha çox 18-29 yaşlı şəxslər aktiv vərəmlə xəstələnir (1178 nəfər).

45-64 yaşlı şəxslərin vərəmlə xəstələnməsi halı da çoxdur. Ötən il bu yaş qrupu üzrə 951 nəfər vərəm olub.

30-44 yaş qrupu üzrə isə 879 nəfər vərəmə tutulub.

Ümumilikdə 2019-cu ildə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı 8257 nəfər olub.

4 sentyabr 2020
GO BACK