“Qremmi” laureatı Meray Keri pandemiya dövründə övladları ilə birlikdə inzivaya çəkilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur müğənninin ABŞ-ın Los Anceles şəhəri yaxınlığında yerləşən Vestçester Kountidəki malikanədə qaldığı iddia olunur.
50 yaşlı müğənninin virusdan qorunmaq üçün qaldığı evə nə qədər icarəhaqqı verdiyi məlum deyil. Lakin mülkün sahib olduğu özəlliklər və yerləşdiyi bölgə bu məbləğin minlərlə dollar olduğuna işarə edir.
Keri pandemiya başladığı dövrdə uşaqları və xidmətçiləri ilə birlikdə Manhettendəki lüks evində qalırdı. Lakin xəstəliyin sürətlə yayılması onu bu malikanəyə köçməyə vadar edib.
Malikanə 2012-ci ildə 4,8 milyon dollara Uoll-stritin ən varlı şəxslərindən olan Cey Duikə satılıb. Bundan sonra bərpa edilib və son model texnologiyalarla təchiz olunub. Açarsız, biometrik tanıma funksiyalı giriş və bütün mülkü 24 saat boyunca nəzarət altında saxlayan 20 ədəd təhlükəsizlik kamerası mövcuddur.
Qeyd edək ki, M.Kerinin Nik Kannon ilə evliliyindən Morokkan və Monro adlı əkizləri var. Cütlük 2008-ci ildə məhz bu malikanədə nikaha girmişdi.