Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nadir Hüseynov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Prezidentin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Məlumata görə, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.