Qadin.NET / Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu

Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu

Payız mövsümündə 4 valentli qrip vaksinləri risk qrupunda olanlara pulsuz vurulacaq.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, vaksinin qiyməti hələlik məlum deyil.
Könüllü vaksinasiya olmaq istəyənlər üçün müəyyən məbləğ tətbiq olunacaq.
Bildirilir ki, 65 yaş və ondan yuxarılar, xroniki böyrək çatışmazlığı, ürək-qan damar sistemi xəstələri, diabetiklər və hamilələr, astma, xroniki ağciyər xəstələri olanlar risk qrupuna daxildir.
Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur".

3 sentyabr 2020
GO BACK