Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldivlə uçuşları bərpa edir.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” Rusiyanın Nazirlər Kabinetinə istinadla məlumat yayıb.
Bildirilib ki, Rusiya hökumətinin rəhbəri Mixail Mişustin müvafiq göstəriş verib. Təklif Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından verilib.
Bununla yanaşı, Rusiya ilə İsveçrə arasında uçuşların sayının həftədə dörd reysə qədər artırılması qərarı qəbul edilib.