Qadin.NET / ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı

ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı

“Kortikosteroid deksametazon” preparatı koronavirusa yoluxanlar arasında ölüm faizini aşağı sala bilər.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
Təşkilat nümayəndələri koronavirusu ağır keçirən xəstələrin müalicəsində “kortikosteroid”in sistematik istifadəsini tövsiyə edib.
Eyni zamanda qurum bu terapiyanın xəstəliyi yüngül keçirənlər üçün uyğun olmadığı barədə xəbərdarlıq edib.

3 sentyabr 2020
GO BACK