Uzun müddətdən sonra “Benden ne olur” filmi ilə ekranlara geri qayıdan Hazal Kaya “Elle” jurnalına verdiyi müsahibə ilə diqqət çəkib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa artıq çəkisi olduğu vaxtlarda iş tapmaqda çətinlik çəkdiyini deyib:
“Kök olduğum vaxtlarda jurnalın üz qabığına çəkilmək təklifi alıb, sonradan təkcə içində yer aldığımı öyrəndim. Seriallarda artıq çəkili qadınlara baş rol verilmir. İnsanlar gözəllik standartlarına uyğun qadınları izləyir deyirlər. Arıq və ya kök qadınlar sadəcə, elə olduqları üçün uğur qazanmırlar”.