Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
İdarədən verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird uğur qazanıb.
Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.
Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Həmçinin, müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.