Qadin.NET / Təyyarənin yanı ilə “uçan kişini” görən pilot şoka düşdü - VİDEO

Təyyarənin yanı ilə “uçan kişini” görən pilot şoka düşdü - VİDEO

ABŞ-ın “American Airlines” aviaşirkətinin pilotu səmada olarkən təyyarənin yaxınlığında “reaktiv çanta” ilə uçan kişini gördüyünü bildirib.
Qadin.Net bildirir ki, bu barədə “Fox 11” xəbər yayıb.
Baş verənlər barədə pilot Los-Anceles aeroportunda enişə hazırlaşarkən dispetçeri məlumatlandırıb. Yaxınlaşma zamanı onların 914 metr hündürlükdə olduğu vurğulanıb.
“Biz bu dəqiqə “reaktiv çantalı” gənci ötdük… Bizdən solda, ola bilsin ki, 300 yard (274 metr – red.) məsafədə, təqribən bizimlə eyni hündürlükdə”, - deyə telekanal tərəfindən yayımlanan səs yazısında bildirilib.
Sonradan eyni məzmunlu ismarıc “Sky West” aviaşirkətinə məxsus təyyarənin pilotu tərəfindən də göndərilib.
Artıq FTB hadisə barədə məlumatlıdır, araşdırmalara başlanılıb.

3 sentyabr 2020
GO BACK