ABŞ Prezidenti Donald Tramp II Dünya müharibəsindən danışarkən qələbəyə ancaq amerikalıların töhfə verdiyini deyib və müttəfiqlərinin adını çəkməyib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
“İkinci Dünya Müharibəsindəki amerikalıların qələbəsinin 75-ci ildönümünü qeyd edərkən Şimali Karolinada - əsl Amerika qəhrəmanlarının yanında olmağımdan qürur duyuram... 1945-ci ilin sentyabrın 2-də general Duqlas Makartur HDQ-nin “Missuri” döyüş gəmisində Yaponiyanın qeyd-şərtsiz təslim olmasını qəbul etdi. Yaponiya üzərində zəfər günü insanlıq tarixindəki ən ölümcül qarşıdurmanın sona çatması və Amerika azadlığının son təntənəsidir”, - deyə Uilminqton şəhərində (Şimali Karolina ştatı) çıxış edən ABŞ lideri bildirib.
Tramp bu yaşayış məntəqəsini rəsmi olaraq “İkinci Dünya müharibəsi irsinin ilk Amerika şəhəri” olaraq təyin edib.
“Bu şəhərin və ştatın əhalisi müharibəni qazanmağımıza fövqəladə töhfə verdilər... Təqribən iki milyona yaxın amerikalı əsgər Şimali Karolinada - digər ştatlardan daha çox döyüş hazırlığı keçdi... İkinci Dünya müharibəsində ştatınızdan 360 mindən çox hərbçi iştirak etdi... Bu gün mənim administrasiyam şəhərin II Dünya müharibəsindəki qələbəyə müstəsna töhfəsini rəsmi olaraq tanıyır”, - deyə ABŞ prezidenti bildirib.