Böyük Britaniya Kraliçası II Elizabet ağır psixi pozğunluq keçirib.
Qadin.Net bildirir ki, “The Sun”ın məlumatına görə, bu barədə Vendi Holdenin “Tərbiyəçi” adlı bioqrafik kitabında bildirilir.
Uşaq vaxtı kraliça panik atak keçirib. Bundan başqa o, obsesiv düşüncələrdən əziyyət çəkib. Bu halı tərbiyəçi Merion Krouford müşahidə edib.
“O, obsesiv-kompulsiv pozğunluqdan əziyyət çəkirdi. Elizabet özünü təhlükəsizlikdə hiss etmək üçün karandaşlarını mükəmməl düz xətt boyunca düzməyə adət etmişdi”, - deyə tərbiyəçi danışıb.
Bildirilir ki, gələcək kraliça paltarlarını və ayaqqabısını qaydasına salmaq üçün gecə bir neçə dəfə oyana bilərdi.
Merion Krouford – şotlandiya əsilli tərbiyəçidir. O, kralı VI Georqun və xanımı Elizabetin qızları şahzadə Elizabet və Marqaretə dərs keçib. 1950-ci ildə o, sarayın iradəsinin əleyhinə olaraq “Kiçik şahzadələr” adlı kitabını dərc edib. Əsərdə o, kraliyyət ailəsinə xidmətindən danışıb. Kitab dərc olunandan sonra monarx ailəsi həmişəlik Kroufordla əlaqələrini kəsiblər.