Qadin.NET / Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

Meşədə qarşınıza qəfil çıxan ayıdan özünüzü qorumağın bəzi qaydaları var.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayır.
Bildirilir ki, vəhşi heyvanı görəndə təşvişlənmək, arxa çevirib qaçmağa çalışmaq və onun gözlərinə baxmaq olmaz. Yırtıcını gözlənilməz və böyük bir şeylə qorxutmaq lazımdır.
Məsələn, bərkdən qışqıra, yaxınlaşan heyvana daş ata və ya üst geyiminizi çıxarıb yelləyə bilərsiniz.
Ayını qorxutmaq üçün həm də çantanızı yuxarıya qaldırmaq və ya yanınızdakı adamlarla dairə yaradaraq gödəkçələrinizi açmaq kimi üsullar da var.
Ümumiyyətlə, vəhşi heyvanlar qarşılaşdıqları yad insanı daha yaxşı araşdırmaq və öz varlığı barədə xəbərdar etmək istədikdə arxa pəncələri üzərində dayanırlar.

Əgər ayı insana baxan zaman alt dodağını uzadır və irəliyə doğru tərpənmirsə, deməli, yad insan ərazini tərk etməlidir.

Belə olduqda səs çıxarmadan, qəfil hərəkət etmədən və heyvandan üz çevirmədən sürətlə geriyə doğru hərəkət etməlisiniz. Amma ayı sizi izləməyə başlayırsa, dayanın və olduğunuz yerdən ayrılmayın.

Yırtıcıların hücumuna məruz qaldıqda üzü yerə uzanmaq, yumaq kimi qıvrılmaq və ölmüş kimi davranmaq tövsiyə olunur. Mümkün qədər uzun müddət həmin vəziyyətdə qalın.

Xilasedicilər qeyd edir ki, meşədən keçərkən hay-küy salmaq, danışmaq, daşı-daşa vurmaq məsləhətdir, belə olduqda yırtıcı həmin yerdə adam olduğunu eşidib gedir.

4 sentyabr 2020
GO BACK