“Əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icazə verilməsinə zəmin yaradır. Artıq rayonlar “qırmızı zona”da deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu, heç bir halda bizdə arxayınlıq yaratmamalıdır və vaksin tapılana, pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var”.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, paytaxtdan rayonlara səfərlər bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir: “Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehtiyac var. Bu baxımdan sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icazənin aradan qaldırılması məqsədəuyğundur. Oktyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq, icazənin götürülməsi daha da aktuallaşıb”.