Çinin əczaçılıq şirkətləri hazırda klinik sınaqlarda olan və tezliklə dünyada satışa təqdim ediləcək doqquz koronavirus peyvəndi hazırlayıb.
Qadin.Net bildirir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
“Koronavirusa qarşı peyvəndlər hazırlayan Çinin əczaçılıq şirkətləri ürəkaçan nəticələr əldə edib”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, bu dərmanlar bütün lazımi standartlara və hüquq normalarına uyğun olaraq hazırlanır.