Koronavirusun dünyanın hər yerindən daha sürətlə yayıldığı Hindistanda statistik müşahidələr tarixində rekord iqtisadi azalma qeydə alınıb.
Hindistanın Milli Statistika İdarəsinin məlumatına görə, 2020-2021 maliyyə ilinin iyun ayında bitən ilk rübündə ölkə iqtisadiyyatının əvvəlki ilin eyni rübü ilə müqaisədə 23,9 faiz azaldığı bildirilib.
Bu, hökumətin 1996-cı il rüblük ümumi daxili məhsul məlumatlarını dərc etməyə başladığından bəri ən aşağı göstəricidir.