Qadin.NET / Hava proqnozunu aparan qadının geyim tərzi hər kəsi təəccübləndirdi

Hava proqnozunu aparan qadının geyim tərzi hər kəsi təəccübləndirdi

Yeni Zelandiyada hava proqnozunu təqdim edən aparıcı Belinda Rassel “çılpaq” tərzdə ekran qarşısına çıxaraq tamaşaçıları təəccübləndirib.
Qadin.Net “New Zealand Herald” -a istinadən xəbər verir ki, aparıcının geyim tərzi ekran qarşısında oturan izləyicilərdə onun çılpaq olduğu təəssüratını yaradıb.
Aparıcının bej rəngli paltarı sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
İnternetdə gedən müzakirələrə münasibət bildirən aparıcı isə bildirib ki, bu günə qədər heç bir geyim tərzi bu qədər müzakirəyə və mübahisələrə səbəb olmamışdı.
“Deyərdim ki, şərhlərin 80 faizi müsbət, 10 faizi isə mənfidir, lakin qəzəbli münasibətə rast gəlmədim. Digərlərinə gəlincə, daxilində nifrətlə yaşayanlar isə belə də qalmaqda davam edəcəklər”, - deyə aparıcı söyləyib.

2 sentyabr 2020
GO BACK