Rusiyalı məşhurlar Alla Puqaçova və Maksim Qalkin Bilik günü uşaqlarını birgə məktəbə aparıblar.
Mk.ru xəbər verir ki, onların övladları Liza və Qarinin yeddi yaşı tamam olacaq.
Rusiyanın 71 yaşlı primadonnasının geyimi diqqət çəkib. O, məktəbə yeniyetmələr kimi qısa ağ ətəkdə, dəri gödəkcədə və idman ayaqqabısında gəlib.
Onun bu obrazını isə yuxarı sinif şagirdlərinə xas saç düzümü tamamlayıb.