Rusiyanın "Eurovision" təmsilçilərindən olan Sergey Lazarev yeni görünüşü ilə gündəmə gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı yeni fotosunu İnstaqram səhifəsində yayımlayıb.
12 kiloqram çəki atan Lazarev anoreksiya həddinə çatıb. O bildirib ki, 4 ay ərzində pəhriz saxlayıb:
"Qarın ətrafımdakı bütün yağları əritdim. Beləcə, əzələlər üzərində çalışdım. Əsas odur ki, yağlar geri qayıtmadı. Çox razıyam, yenə də 18 yaşım var. Bəs siz idman zalına gedirsiz?".