Milyarder İlon Maskın var-dövləti bir günün içində 8 milyard dollar artıb.
Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sahibi olduğu "Tesla"nın səhmlərinin bahalaşması olub.
"Tesla"nın bir səhminin dəyəri 6,42% artaraq 2 153,7 dollara bərabər olub. Avqustun 20-də şirkətin səhmləri ilk dəfə olaraq 2 min dolları ötüb. İlin əvvəlində bir səhmin dəyəri 430,26 dollar idi. Beləliklə, 2020-ci ilin əvvəlindən şirkətin kapitallaşması 4,7 dəfə artıb.
İlonun bundan əvvəl var-dövləti 100,7 milyard dollar dəyərində qiymətləndirilirdi. Mask "Dünyanın ən varlı adamları" siyahısında beşinci sırada yer alırdı. hazırda isə o, dördüncü yerdədir.