Qadin.NET / “Barselona” Messiyə maaş verməkdən imtina edir

“Barselona” Messiyə maaş verməkdən imtina edir

“Barselona” rəhbərliyinin təlim-məşq toplanışlarına qatılmayan Lionel Messiyə qarşı tətbiq edəcəyi intizam tədbirləri məlum olub.
Bu barədə idman jurnalisti Tankredi Palmeri öz “Twitter” səhifəsində xəbər yayıb.
Jurnalist məlumat əldə etdiyi mənbəyə əsasən iddia edir ki, 33 yaşlı futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşı kəsiləcək.
Jurnalist bildirib ki, L.Messi bir günə 110 min avro qazanır.
Daha əvvəl isə ulduz futbolçu komandanın PZR testindən keçməyib. O, məşqçilər korpusuna ünvanladığı xəbərdarlıqda klubun hazırlıq prosesinə qatılmayacağını bildirib.

1 sentyabr 2020
GO BACK