Qadin.NET / Azərbaycanda daha bir qadağa ləğv olundu

Azərbaycanda daha bir qadağa ləğv olundu

Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət noyabrın 1-dək uzadılıb.
Eyni zamanda “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə 5-ci sətrin “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilir; 12-ci sətrin “Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılır.

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı

1 sentyabr 2020
GO BACK