Qadin.NET / Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?

Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?

Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir: “Hazırda avro dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb”.
Millət vəkili bildirib ki, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb: “Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qıymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir”.

Bayramov vurğulayıb ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir: “Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.

1 sentyabr 2020
GO BACK