Qadin.NET / Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdi

Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdi

Böyük Britaniyada məktəblərin fəaliyyəti bərpa olunub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbilə bağlanan məktəblərin 40 faizi bu gün yenidən açılıb.
Digər məktəblərin böyük hissəsinin açılması isə bu həftə ərzində gözlənilir.
Ölkənin Təhsil naziri Qavin Uilyamson məsələ ilə bağlı açıqlamasında uşaqların buna çox ehtiyacı olduğunu, bu səbəbdən məktəbə geridönüşü vacib hesab etdiklərini deyib.
Təhsil Nazirliyi isə məktəblərdə şagird və müəllim kollektivinin təhlükəsizliyi üçün sosial məsafənin mümkün olduğu qədər nəzarət altında saxlanılması üçün sistem tətbiq ediləcəyini açıqlayıb.
Təlimatlara əsasən, karantin tətbiq edilən bölgələrdəki məktəblərin dəhliz kimi ictimai məkanlarında maska taxmaq məcburi olacaq.

Qeyd edək ki, Britaniyada 20 martda məktəblər bağlanmışdı.

1 sentyabr 2020
GO BACK