Qadin.NET / Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ

Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ

Dünyanı təsiri altında saxlayan yeni tip koronavirus pandemiyası səbəbilə fərdi gigiyena insanlar üçün böyük əhəmiyyət daşımağa başlayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, buna görə də insanların sıx toplaşdığı yerlərdən biri olan restoranlarda gigiyena tədbirləri gücləndirilib.
Bununla belə, bəzi restoranlarda işləyən şef və ofisiantlar vətəndaşlara xəbərdarlıqlar edir. Qastronomçular vətəndaşlara bəzi qidalardan uzaq durmağı tövsiyə edir.
İlk xəbərdarlıq kahı üçün gəlib. Restoran işçiləri kahıların yaxşı yuyulmadığını bildirir. İkinci xəbərdarlıq isə ən çox tələb olunan yemək və içkilərlə bağlıdır.
Daha sonra sos qabları, sümüklü ət, toyuq, soslu yeməklər (səbəbi: bir gün əvvəldən qalan yeməklərin soslarla dadının dəyişdirilməsi), dəniz məhsulları (təzəlik problemi səbəbilə), böyük həcmli balıqlar, dondurma, Pizza (adətən, dondurulmuş olması səbəbilə), südlü kokteyllər, içki çeşmələri, pulsuz çərəzlər, şorbalar, buzla bağlı ciddi xəbərdarlıqlar verilib.

1 sentyabr 2020
GO BACK