Məşhur Böyük Britaniyalı musiqiçi və bəstəkar Ozzi Osbornun son fotoları sənətçinin pərəstişkarlarını ciddi narahat edib.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, qocalmış və saçları ağarmış musiqiçi Los-Ancelesdə fotokameraların obyektivinə tuş gəlib.
Bu, bir neçə ay əvvəl parkinson xəstəliyinə tutulmuş sənətçinin ilk fotolarıdır.
71 yaşlı O.Osborn yaşının çox olmasına baxmayaraq, həmişə gənc zahiri görünüşü ilə diqqət mərkəzində olub.