Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) stadionlarla bağlı xəbərdarlıq edib.
Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizədə insanların ibadət yerlərində və futbol stadionlarında sıxlıqdan qaçmalı olduğunu söyləyib.
"Stadionlara getmədən də yaşaya bilərik. Risk yüksək olduğu üçün stadionlarda azarkeşlərin olmadığı modeli tətbiq etmək daha yaxşı olardı", - Qebreyesus qeyd edib.