Qadin.NET / Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Bəzi qonşu ölkələrdə sabah məktəblər öz qapılarını şagirdlərin üzünə açacaq. Bəs təhsil prosesi necə təşkil ediləcək?
Qonşu ölkələrdən Türkiyə yeni tədris ilinə bu gündən başlayır. Dərslər sentyabrın 18-nə kimi distant şəkildə keçiriləcək. Sentyabrın 21-dən isə tədricən əyani təhsilə başlamaq planlaşdırılır.
Rusiya Federasiyasında hər bölgə öz qaydalarını təyin edir. Ancaq ümumi olanlar da var: girişdə temperatur ölçüləcək. Fərqli dərslər üçün sinif dəyişdirilməyəcək.
Qadin.Net bildirir ki, bu barədə “Sputnik” xəbər verib.
Gürcüstanda da dərslər sentyabrın 15-dən başlayacaq. Məktəblər hansı dərsləri əyani, hansını isə onlayn şəkildə keçəcəklərini özləri üçün fərdi olaraq qərarlaşdıracaqlar.
Belarusda dərslər həmişəki qaydada keçiriləcək.
Qazaxıstan və Qırğızıstanda da dərslər sentyabrın 1-də başlayacaq. Ancaq yalnız ibtidai siniflər üçün. Yuxarı sinif şagirdləri hələlik distant təhsil alacaqlar.

Moldovadakı məktəblərdə dərslər növbəli şəkildə keçiriləcək, bəzi fənlər onlayn olaraq tədris ediləcək.

Özbəkistanda dərslər sentyabrın 14-də başlayacaq. Orada valideynlərə tədris prosesini seçmək təklif olunub – bir çoxu onlayn dərsin tərəfdarıdır.

Tacikistanda isə dərslər avqustun 17-dən başlayıb. Uşaqlar üç növbədə oxuyurlar. Maska taxmaq vacibdir.

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

1 sentyabr 2020
GO BACK