Qadin.NET / Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2075 nəfərdir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 138, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 36 309 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 6137, hazırkı dövrədək isə 917 027 test aparılıb.

31 avqust 2020
GO BACK