Qadin.NET / Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

Məktəblərdə də uşaqların maskadan istifadəsinə nəzarət etmək çox vacibdir.
Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, yaşından asılı olmayaraq hər bir məktəblinin maska taxması gözəl olardı:
“Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma riski qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidir. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə etmir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar”.

31 avqust 2020
GO BACK