İndoneziyada elm adamları ölkənin elmi dairələrində koronavirusun "Mutasiya D614G" adlandırılan dəyişdirilmiş növünü kəşf ediblər.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.
"İlkin məlumata görə, ölkədəki bütün yoluxanların təxminən 40% -i bu dəyişdirilmiş virusa yoluxub", - Cakartada yerləşən Molekulyar Biologiya İnstitutunun rəhbəri Eikman Amin Soebandrio bildirib.
Onun sözlərinə görə, daha dəqiq bir mənzərə əldə etmək üçün əlavə araşdırma aparılır.
Alim "D614G" mutasiyasının mövcudluğunda virusun ötürülməsinin daha sürətli olduğunu deyib.
Mütəxəssis insanın bu infeksiyaya dözməsinin daha çətin olduğuna dair elmi dəlillərin olduğunu söyləyib.