Qadin.NET / Bir səs yazısı ABŞ-ı qarışdırdı: "O lənətə gəlmiş İvanka..."

Bir səs yazısı ABŞ-ı qarışdırdı: "O lənətə gəlmiş İvanka..."

ABŞ prezidenti Donald Trampın böyük bacısı Meriann Tramp Berrinin ailəsi haqqında ağır sözlər sərf etdiyi ikinci səs yazısı ortaya çıxıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bununla bağlı informasiya Donald Trampın qardaşı qızı Meri tərəfindən MSNBC kanalında “The Reidout” proqramında paylaşılıb.
Yeni səs yazısında Meriann Tramp 2018-ci ildə mühacir uşaqların valideynlərindən zorla ayrıldığı səhnələrdən özünə gələ bilmədiyini bildirir. Bundan başqa o, qardaşı qızı İvanka Trampın uşaqlardan biri ilə çəkdirdiyi “hissiyyatsız” fotonu "İnstagram" paylaşmasına təpki göstərib.
Yeni səs yazısında Meriann Tramp “O lənətə gəlmiş İvanka həmin fotoları "İnstagram"a qoyduğunda günün əsas xəbəri uşaqların ailələrindən zorla alındığı ilə bağlı idi...”, - deyə, cümlə işlədib.
Donald Trampın oğlu Erik də bibi Trampdan nəsibini alıb. M.Tramp qardaşı oğlunu “əbləh”, İvankanı isə “kiçik Donald” adlandırıb.

Xatırladaq ki, Meriann Trampın ilk audio yazısında prezident qardaşını özündən müştəbeh, “eynilə atası kimi ucuz adam” deyə təsvir etdiyi ortaya çxımışdı.

31 avqust 2020
GO BACK