Türkiyəli məşhur müğənni Deniz Seki onu fotolarında proqram istifadə etməkdə ittiham edən izləyicisinə sərt reaksiya verib.
Qadin.Net bildirir ki, bu barədə Posta.com.tr məlumat yayıb.
Bildirilib ki, həbsdə ikən 90 kiloya qədər çəki alan müğənni sonradan pəhriz saxlayıb və 57 kiloya qədər düşüb.
Yenidən kökəlməyə başlayan Dəniz Səkinin fotosuna bir izləyicisi “Dəniz xanım, ayaqlarınızı fotolarda incəltdiyiniz bəllidir. Buna nə ehtiyac var?” şərhini yazıb.
Müğənni qeyd edib ki, pərəstişkarları onu çox kök olduğu zamanlarda da görüb:
“Arıqladığımız zaman fotolarla oynadığımızı bildirirsiniz. Belə bir rəyə nə ehtiyac var?”.