Qadin.NET / Meqan Markla milyonluq iş təklifi

Meqan Markla milyonluq iş təklifi

“Spotify” musiqi şirkəti tərəfindən Meqan Markla və onun həyat yoldaşı şahzadə Harriyə podkastlar (rəqəmsal media fayl) üçün prodüser qismində çıxış etmək təklif olunub.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Bildirilib ki, şirkət rəsmiləri M.Marklın nümayəndəsi ilə gələn həftə əlaqə yaradacaq.
Qeyd olunub ki, bundan əvvəl “Spotify” ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ilə analoji sövdələşməni həyata keçirib. Həmin təcrübə uğurlu qiymətləndirilib.

31 avqust 2020
GO BACK