Qadin.NET / Məşhur həkimdən koronavirusu asan keçirmək üçün 6 qayda

Məşhur həkimdən koronavirusu asan keçirmək üçün 6 qayda

Tanınmış televiziya aparıcısı, doktor Aleksandr Myasnikov koronavirus infeksiyasının ən yumşaq formada davam etməsi üçün nə edilməli olduğunu izah edib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə o, öz Telegram kanalında yazıb. Həkimin sözlərinə görə, bunun üçün 6 vacib addım atılmalıdır:

- Siqareti atmaq;

- Arıqlamaq;

- Sağlam, aşağı kalorili rasiona sadiq qalmağa çalışmaq;

- Daha tez-tez idmanla məşğul olmağa və həvəs göstərməyə çalışmaq;

- Qan təzyiqini izləmək;

- Qripə qarşı və dərman hazır olan kimi koronavirusa qarşı peyvənd vurdurmaq.

Həkimin sözlərinə görə, COVID-19 pandemiyası bütün planet üçün bir sınaqdır, infeksiyanın özü çətin ki, dəyişsin və mutasiya etsin. Daha ciddi və təhlükəli hala gəlməsi istisna edilmir.

31 avqust 2020
GO BACK