Artıq çəki COVID-19 xəstəliyindən ölüm riskini artırır və koronavirus peyvəndinin effektini azaldır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" Dünya Bankı tərəfindən təşkil edilmiş araşdırmaya istinadən yazıb.
Alimlər İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Çin də daxil olmaqla bütün dünyada aparılmış bir çox tədqiqatları təhlil edərək aşkar ediblər ki, koronavirusa yoluxmuş artıq çəkili insanların xəstəxanaya düşmə riski 113 faiz, reanimasiyaya düşmə riski 74 faiz, ölüm riski isə 48 faiz daha çoxdur.
Bu, əsasən artıq çəkili insanların ürək xəstəliyi və ya ikinci növ diabet kimi xəstəliklərdən əziyyət çəkməsi ilə izah olunur. Bundan əlavə, onların bədənlərində maddələr mübadiləsi dəyişiklikləri ola bilər ki, bu da bədənin infeksiyalarla mübarizə aparmasını çətinləşdirir.