Aktrisa Serenay Sarıkayanın 2 ildir üzərində çalışdığı Bergenin həyatından bəhs edəcək filmin çəkilişləri dayandırılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyası olub.
Arabesk musiqisinin fenomen ifaçısı Bergenin həyatından bəhs edəcək ekran işinin çəkilişlərinin nə vaxt başlayacağı bəlli deyil. Adana, İstanbul və Ankarada çəkilməsi planlaşdırılan film üçün Serenay uzun müddədir həvəslə hazırlaşırdı.
30 yaşında olarkən əri Halis Serbes tarafından öldürülen Bergenin ailəsi ilə də tanış olan Sarıkaya bir çox hazırlıq kurslarına da yollanıb.
Sarıkaya "1,5 ildir bu obraz üçün çalışıram. Bergen mahnılarını əzbərlədim. Bergen haqda yazılan hər şeyi oxudum. İndi yaşadığı yerləri ziyarət edəcəm" söyləyib.