Qadin.NET / Bu göldə çimənlərin saçları saralır

Bu göldə çimənlərin saçları saralır

Dünyanın ən böyük sodalı gölü və Türkiyənin ən böyük gölü olan Vanda ilginc hadisələr baş verir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, yay mövsümündə göldə çimən uşaqların saçları getdikcə saralmağa başlayır. Qışda isə yenidən əvvəlki vəziyyətə qayıdır.
Dr. Sadəddin Coşkun bildirib ki, uşaqların saçları sodalı suyun təsiri altında saralır:
"Gölə daxil olan uşaqlar oradan çıxdıqdan sonra saçlarını təmiz su ilə yumurlar. Bu zaman sodyum Günəş şüaları ilə birləşir və saçlar saralmağa başlayır".
Van gölü həmçinin bəzi dəri problemlərinə də yaxşı təsir göstərir.

30 avqust 2020
GO BACK