"Barselona"nın argentinalı futbolçusu Lionel Messi sabah klubun bazasında olmayacaq.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, hücumçu COVİD-19 testi daxil olmaqla, tibbi müayinə üçün klubun bazasına getməyəcəyini bildirib. O, Kataloniya təmsilçisindən ayrılmaq istədiyi üçün bu addımı atıb.
Qeyd edək ki, "Barselona" bazar ertəsi günü məşqləri bərpa etməlidir.